"Türkiyə 24 aprel tarixində İstanbuldan İrəvana nəzərdə tutulmuş aviareysi ləğv edib".
Bunu Ermənistan hökuməti yanında Mülkü Aviasiya Baş İdarəsinin mətbuat katibi Ruben Qrdzelyan deyib.
O bildirib ki, Türkiyədəki bəzi ictimai təşkilatlarının nümayəndələri 24 apreldə İrəvana çarter reysiylə gəlmək istəyirdilər.
Mülkü Aviasiya Baş İdarəsinin rəsmisi bu addımı qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən mərasimlə əlaqələndirib.
Qeyd edək ki, İstanbuldan İrəvana həftədə 4 dəfə təyyarə uçuşları həyata keçirilir. (ans)