İranın ali diini rəhbəri Ayatolla Xamneyi Vaşinqtonu İranın nüvə təhlükəsi ilə bağlı miflər uydurmaqda ittiham edib.
Ali dini lider İranın silahlı qüvvələrini müdafiəyə hazırlaşmağa çağırıb. Bu bəyanat ABŞ silahlı qüvvələrinin yüksək rütbəli nümayəndəsinin İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatlarla bağlı xəbərdarlığından sonra səsləndirilib.
Bundan əvvəl isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qərərgahlar rəislərinin birləşmiş komitəsinin rəhbəri Martin Dempsinin bəyanatını sərt tənqid etmişdi. Dempsi İranın nüvə silahı yaradılmasına qarşı hərbi əməliyyatları istisna etməmişdi.
azadlıq.info