Ticərət mərkəzində işləyənlər işin içində “haqq” olduğunu deyirlər
Bir neçə gündür 8-ci kilometr ərazisində yerləşən "Laçın" ticarət mərkəzində və ona bitişik "Xalqlar Dostluğu" yarmarkasında elektrik enerjisinin verilməməsi səbəbindən alış-verişin dayanması xəbərləri yayılırdı. Bu gün əməkdaşımız adı çəkilən ticarət obyektlərində olub və orada baş verənlərin əsl mahiyyətini öyrənməyə çalışıb.
Artıq "Xalqlar Dostluğu" yarmarkasında elektrik enerjisinin verilməsi və normal iş şəraiti bərpa olunub. Lakin "Laçın "ticarət mərkəzində dükanlar hələ də şam və generator vasitəsi işıqlandırılır.
Burada çalışan ticarətçilər adlarının çəkilməsini istəmədən bildiriblər ki, elektrik enerjisinin kəsilməsi ticarət mərkəzinə qoyulan "haqla” bağlıdır. Onların iddiasına görə, işıq pulunu vaxtlı-vaxtında ödəyiblər. Sadəcə, ticartə mərkəzinin müdriyyətindən “hansısa dövət əhəmiyyətli tədbir üçün” (görünür Avropa Oyunlarını nəzərdə tuturlar – red.) ödəniş tələb olunur. “Görünür, məbləğ o qədər böyükdür ki, müdriyyət ödəmək qabiliyyətində olmayıb. Yoxsa, əvvəllər də belə tədbirlərə görə əlavə vəsitlər tələb olunurdu və heç bir problem yaşanmadan məsələ yoluna qoyulurdu”, – deyə ticarətçilər bildiriblər.
Ticarətçilər deyib ki, problemi heç texniki nasazlıqla da əlaqələndirməyə çalışmasınlar. Çünki elektrik enerjisinin verilməsi hər iki ticarət obyektinə eyni vaxtda dayandırılmışdı. Lakin dünəndən "Xalqlar Dostluğu" yarmarkasına enerji verilir. “Görünür onların rəhbərliyi yuxarılarla dil dapa bilib, bizimki isə hələ yox. Belə olmasaydı, bizim də işıqlar yanardı. Axı bu iki obyekt bir-birinə demək olar ki, bitişikdir və elektrik mənbəələri də eynidir”, – deyə “Laçın”da çalışanlar qeyd ediblər.