Liviya sahillərində dəhşətli qəza hadisəsi baş verib. “Times of Malta” qəzetinin verdiyi məlumata görə, Afrika ölkələrindən avropaya getməyə can atan miqrantları daşıyan gəmi batıb. İtaliyanın Sahil Mühafizə Xidmətinin nümayəndəsinin verdiyi məlumatda bildirilir ki, qəzaya uğramiş gəmidə 500 ilə 700 arası insan olub. “Xilasetmə” tədbirlərində İtaliya və Maltanın gəmilərilə yanaşı, ticarət gəmiləri də iştirak edir. Hələlik yalnız 28 nəfəri xilas etmək mümkün olub. Malta Silahlı Qüvvələrinin nümayəndəsi Devid Çioffi ABŞ-ın CNN TV kanalına verdiyi məlumatda xeyli sayda həlak olmuş insanın, o cümlədən uşaqların meyitləri sudan görürüldüyü bildirilir.
Ötən həftə Aralıq dənizi sularında göyərtəsində 400 miqrantı daşıyan gəmi batmışdı. Onlardan yalnız 150-ni xilas etmək mümkün olmuşdu.