Münhen Universitetinin professoru Eckhard Frickin başçılığı ilə bir qrup elm adamı, indiyə qədər bənzəri olmayan bir araşdırma aparıb. Nəticələri Berlində ictimaiyyətə təqdim olunan araşdırma, katolik kilsəsilə bağlı maraqlı faktı üzə çıxarıb. Araşdırmaya görə, katolik din adamlarının böyük bir qisiminin evlənmə qadağasından ciddi əziyyət çəkdiyi məlum olub. Sorğuya qatılan rahiblərin dörddə biri, karyeralarına yenidən başlama şansları olsa, evlənmə qadağası olmayan bir seçim edəcəyini bildirib. Digər dörddə bir isə qərarsız olduğunu ifadə edib.
azadliq.info