Şimali Avropa ölkələri Rusiyanın təhdidlərinə qarşı birləşir. Norveç, İsveç, Danimarka, Finlandiya və İslandiya, Rusiyanın Şimali Avropada artan hərbi təhdidlərinə qarşı daha geniş hərbi əməkdaşlıq üçün danışıqlara başlayır. Artıq Norveçin "Aftenposten" qəzeti, Şimali Avropa ölkələri müdafiə nazirlərinin ortaq şəkildə hazırladığı planı çap edib. Plana görə, Norveç, İsveç, Danimarka, Finlandiya və İslandiya müxtəlif hərbi proqramları birlikdə reallaşdıracaq, ortaq hərbi manevrləri daha tez-tez keçirəcək. Hərbi sənayedə və kiber-hücumlara qarşı əməkdaşlıq, Baltik ölkələri ilə müttəfiqliyi güçləndirmək də Şimali Avropa ölkələrinin əsas hədəflərinə daxildir.
azadlq.info