Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2016-cı ildə ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq iki ölkə əməkdaşlıq etməlidir.
«Amerika xalqının seçdiyi istənilən prezidentlə işləyəcəyik. Çünki biz konkret şəxslərlə deyil, böyük və olduqca nüfuzlu ölkə ilə əməkdaşlıq edirik», – deyə o vurğulayıb.
Putin Rusiya ilə ABŞ-ın münasibətlərində çətinliklərin olduğunu da etiraf edib. Bununla belə o bildirib ki, iki ölkə bir yerdə işləməyə məcbur edən ortaq məsələlər var. Bunlar kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq, beynəlxalq cinayətkarlıqla mübarizə, terrorçuluq, planetdə yoxsulluqdur.
azadlıq.info