İraq hökuməti Tikrit şəhərində İslam Dövləti yaraqlıları üzərində “möhtəşəm qələbə” qazandığını bəyan edib. Qoşunlar hələ də şəhərin küçələrində döyüşləri davam etdirirlər, lakin telekanallar baş nazir Haider al-Abadinin Tikritdə İraq bayrağını qaldırdığını göstərib. Bir aydan çox davam edən Tikrit döyüşləri hökumətin İD-ə qarşı ən böyük əməliyyatı sayılır. Hücum əməliyyatı bir qədər səngisə də, ABŞ koalisiyasının hava zərbələri İraq qoşunlarına güclərini toparlamaq imkanı verib. İraq ordusu bildirib ki, Tikrit alındıqdan sonra, qarşıda duran növbəti vəzifə ölkənin ikinci böyük şəhəri Mosulun cihadçılardan geri alınmasıdır. Telekanallar həmçinin Cənab Abadi ilə yanaşı şiə hərbi birləşmələrinin liderlərinin və Saluhiddin qubernatorunun Tikritin küçələri ilə addımladığını görüntüləyib. Reuters agentlyi daxili işlər naziri Mohammed al-Ghabbana istinadən bidldirir ki, şəhərin yalnız ətrafda olan kiçik bir hissəsi İD-in nəzarətində qalır. Hökumət qoşunları Tikritin şimalındakı Qadisiyyə məhəlləsini cihadçılardan və minalardan təmizləməyə çalışırlar.BMT-nin yeni elçisi Jan Kubis Tikritin alınmasını “bütün İraq xalqının qələbəsi” adlandırıb.