Ötən çərşənbə axşamı İstanbul məhkəməsinin binasında girov götürülmüş prokuror Mehmet Selim Kirazın dəfn mərasiminə minlərlə insan qatılıb.
Prokuroru girov götürənlər təhlükəsizlik qüvvələrilə atışmada həlak olublar.
Bu atışmada yaralanan Kiraz sonradan xəstəxənada keçinib.
Prokuror 2013-cü ilin etiraz aksiyalarından birində həlak olmuş yeniyetmə ilə bağlı işi aparması ilə əlaqədar girov götürülmüşdü.
Dəfn mərasimində çıxış edən ədliyyə naziri deyib ki, bu hadisə zamanı təkcə mərhum prokurorun deyil, bütün ədliyyə sisteminin üstünə tapança çəkilib.
Baş nazir Ahmet Davutoğlu və keçmiş prezident Abdulla Gül də Eyup Sultan məsçidində keçirilən mərasimə gəliblər.
Girovçuların qadağan edilmiş marksist inqilabçı qruplaşması DHKP-C-nin üzvləri olduqları bildirilir.
Xəbər verilir ki, çərşənbə günü Antalyada bu qrupun üzvü olan 19 nəfər həbs edilib, lakin onların sözü gedən basqınla əlaqədar olub-olmadıqları barədə məlumat verilmir. (BBC azeri)