Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlində əsas şübhəli bilinən Zaur Dadayev bir daha bu qətldə əli olmadığını bildirib.
O aprelin 1-də Moskva məhkəməsində deyib ki, o qətl vaxtı başqa yerdə olub.
Dadayev həmçinin onun istintaqla yaxından əmkdaşlıq etməsi barədə istintaq komitəsinin məlumatını təkzib edib.
Dadayev bir daha ilkin ifadəsini təzyiq altında verdiyini bildirib. Onun sözlərinə görə, Nemtsovun qətlini boynuna almayacağı təqdirdə öldürüləcəyi ilə hədələndiyini deyib.
O ilkin ifadəsində günahı boynuna almışdı.
Moskva şəhər məhkəməsi həmçinin aprelin 1-də digər şübhəlilər Khamzat Bakhayev, Tamerlan Eskerkhanov və Shadid Gubashevin həbsinin qanunsuz olması barədə qərar qəbul edib.
Hakimlərin qərarına görə, onların 3-də aprelin 8-dək həbsdə qalacaq və Basman məhkəməsi bu müddət ərzində işə yenidən baxacaq.
Müdafiə tərəfi həbslər zamanı qanun pozuntusuna yol verildiyini bəyan edib.
Basman məhkəməsi martın 8-də onların həbsinə bir prosesdə baxıb.
Müdafiə tərəfi isə deyir ki, onların hər birinin işinə ayrılıqda baxılmalı idi.