“Rusiya beş illik bir iqtisadi durğunluq prosesilə qarşı-qarşıyadır”. Bunu Rusiyanın biznes xəbərləri ilə tanınan RBC agentliyinə ölkənin keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib. Kudrin, “Biz bu iqtisadi böhrandan çıxıb iqtisadi durğunluğa girəcəyik. Struktur islahatları vaxtında edilməyib. Prezident Vladimir Putini gözləyən ən böyük təhlükə növbəti beş il ərzində davam edəcək bir iqtisadi durğunluqdur” deyib. Kudrin, “2012-2018 illəri arasında iqtisadi artımın illik 1,5%, ən yaxşı ssenaridə isə 2 faiz olacaqdır” – deyib və Rusiya iqtisadiyyatının zəiflədiyini vurğulayıb. Kudrin, 2000-2011 illəri arasında Rusiyanın maliyyə naziri idi.