Rusiyanın Lipetsk vilayətində xüsusi təyinatlı polis dəstələri (OMON) və Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının «Roşen» şirkətinin fabrikinə niyə basqın etdikləri məlum olub. «Roşen» korporasiyasından verilən məlumata görə, fabrikdə vergi yoxlamaları aparılır. Şirkət bu yoxlamalarıт qanunsuz olduğunu bildirir: «Vergi yoxlamalarının bu şəkildə aparılmasını qanunsuz hesab edirik. Və bunun yolverilməz olduğunu bəyan edirik. Hüquq-mühafizə orqanları heç bir xəbərdarlıq etmədən korporasiyanın ərazisinə giriblər».
Qeyd edək ki, qara maskalı polislər və FTX əməkdaşları bu gün səhər 8-dən fabrikə gələrək giriş-çıxışa qadağa qoyublar. Maskalılar bütün işçiləri akt zalına yığaraq fabrikdə əməliyyat keçiriblər.
Şirniyyat məhsulları istehsal edən «Roşen» korpоrasiyası Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur. Lipetsk vilayətindəki məlum fabrik «Roşen»in Rusiyadakı törəmə şirkəti sayılır. Martın 31-də Poroşenko bəyan etdi ki, Krımdakı məlum olaylara görə bəzi Rusiya vətəndaşlarına qarşı sanksiyaları genişlənlirəсəklər. Sanksiyalar həmin vətəndaşların bank hesabları və səhmlərinə həbsi nəzərdə tutur. Görünür, bu bəyanatdan sonra Rusiya rəhbərliyi Poroşenkoya qarşı əks-hüсuma keçməyə qərar verib. Prezident seçkiləri zamanı Poroşenko «Roşen»i satışa çıxaraсağını bəyan etmişdi. Bir neçə gün əvvəl bu məsələyə toxunan Poroşenko bildirib ki, Rusiya hökuməti «Roşen»in səhmlərinin satışına mane olur.
Gültəkin