Dollarla kredit götürənlərə heç bir güzəşt olunmayacaq
14 bank kredit verməyi dayandırdı
Mərkəzi Bank manatı kəskin ucuzlaşdırdıqdan sonra dollara tələbatı ödəmək üçün valyuta bazarına 1 milyard dollardan çox pul çıxarıb. Bu barədə qurumun Idarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin Iqtisadi siyasət komitəsində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, buna səbəb ölkədə dollarlaşma prosesinin getməsidir. Baş bankir qeyd edib ki, xarici ölkələrdə istehsal olunmuş malları Azərbaycana idxal etmək üçün dollar lazımdır və qurum bu tələbatı da ödəyir.
Elman Rüstəmov rəhbərlik etdiyi qurumun valyuta ehtiyatlarının məbləğini də açıqlayıb. Bu rəqəmin 10 milyard dollara yaxın olduğu bəlli olub. Amma o, ilin sonuna qədər valyuta ehtiyatlarının nə qədər olacağı ilə bağlı proqnoz verməyib və bunu deməyin çətin olduğunu qeyd edib.
Xatırladaq ki, fevralda baş verən devalvasiya nəticəsində manatın məzənnəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşıb. Beləliklə də dövlətin valyuta ehtiyatlarının azalmasının qarşısını almaq mümkün olmadı. Fevralda 1,7 milyard itki baş vermişdisə, artıq bu gün Mərkəzi Bankın cəmi 10 milyarda yaxın maliyyə ehtiyatı var. Belə çıxır ki, 5-6 ay sonra bu vəsait də bitəcək. Görəsən, hazırkı tendensiya nə vəd edir, vəziyyət necə olacaq?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, Mərkəzi Bankın devalvasiya siyasətindən sonra ölkənin bank sektorunda qeyri-müəyyən bir vəziyyət yaranıb. Həmin proseslərin davam etdiyini qeyd edən ekspert, keçən müddətdə devalvasiya əsaslandırılmasıyla bağlı Mərkəzi Bankın qənaətbəxş olmayan açıqlamasının qeyri-müəyyənlik yaratdığını bildirib. Ölkənin ixrac potensialı heç də artmayıb və devalvasiyanın keçirilməsində əsas kimi göstərilən ölkənin iqtisadi potensialının artırılması və rəqabətə davamlı ixracatlı şirkətlərin meydana çıxması məqsədi özünü doğrultmayıb: “Lakin bu müddət ərzində həmin məqsəd reallaşmadı və bazarlarda süstlük və qeyri-müəyyənlik yarandı. Mərkəzi Bankın cavab verə bilmədiyi vəziyyət qeyri-müəyyənliyi bir az da artırdı. Bazar iştirakçıları, şirkətlər, kiçik və orta sahibkarlıq subyektləri passiv bir durumla üzləşdi. Onların ehtiyatları da qurtarmaq üzrədir və həmin şirkətlər bundan sonrakı fəaliyyətlərinin necə olacağını bilmirlər. Çünki ölkədə bir dolların 1 manatan 5 qəpik həddində müəyyənləşməsi bazarda bu məzənnə siyasətiylə uyğunlaşmağın çətin olduğunu göstərir. Bunun da fəsadları günbəgün artmaqdadır. Vətəndaşlar daşınmaz əmlakı və s. satılmaları qeyri-müəyyən vaxtadək təxirə salıb və bazarın süstlüyü fonunda hərəkət edə bilmir. Mərkəzi Bankın həyata keçirdiyi siyasət insanların və biznes qurumlarının məyusluğuyla nəticələnib. Ölkə iqtisadiyyatında istehsal olunan mal və xidmətlərin bazar dəyəri artıb və nəticədə əməliyyatlar aparmaq istəyən bazar iştirakçılarının ölkə iqtisadiyyatına xidmət imkanları məhdudlaşıb”.
№
|
Kommersiya bankının adı
|
Manat
|
Dollar
|
1
|
“Accessbank”
|
–
|
+
|
2
|
“AFB Bank”
|
–
|
–
|
3
|
“AGBank”
|
+
|
+
|
4
|
“Amrahbank”
|
–
|
+
|
5
|
“Atabank”
|
–
|
+
|
6
|
“Atrabank”
|
–
|
+
|
7
|
“Azərbaycan Beynəlxalq Bankı”
|
+
|
+
|
8
|
“Azərbaycan Kredit Bankı”
|
–
|
–
|
9
|
“Azərbaycan Sənaye Bankı”
|
–
|
–
|
10
|
“Azər-Türk Bank”
|
–
|
–
|
11
|
“Bank Avrasiya”
|
–
|
+
|
12
|
“Bank of Baku”
|
–
|
+
|
13
|
“Bank of Azerbaijan”
|
–
|
–
|
14
|
“Bank BTB”
|
–
|
–
|
15
|
“Bank Respublika”
|
–
|
+
|
16
|
“Bank Silk Vey”
|
–
|
–
|
17
|
“Bank Standard”
|
+
|
–
|
18
|
“Bank VTB”
|
+
|
+
|
19
|
“Caspian Development Bank”
|
+
|
–
|
20
|
“Dekabank”
|
–
|
–
|
21
|
“Dəmirbank”
|
–
|
+
|
22
|
“Expressbank”
|
+
|
+
|
23
|
“Eurobank”
|
–
|
–
|
24
|
“Gəncəbank”
|
–
|
–
|
25
|
“Günaybank”
|
–
|
+
|
26
|
“Xalq Bank”
|
–
|
+
|
27
|
“Kapitalbank”
|
+
|
–
|
28
|
“Kredobank”
|
–
|
–
|
29
|
“Qafqaz İnkişaf Bankı”
|
+
|
+
|
30
|
İran Milli Bankının Bakı filialı
|
+
|
–
|
31
|
“Muğanbank”
|
–
|
+
|
32
|
“Naxçıvanbank”
|
+
|
+
|
33
|
“NBC Bank”
|
–
|
+
|
34
|
“Bank Nikoil”
|
–
|
+
|
35
|
Pakistan Milli Bankının Bakı filialı
|
+
|
–
|
36
|
“Parabank”
|
–
|
+
|
37
|
“PAŞA Bank”
|
+
|
–
|
38
|
“Rabitəbank”
|
+
|
+
|
39
|
“Bank Technique”
|
–
|
+
|
40
|
“Turanbank”
|
–
|
+
|
41
|
“Unibank”
|
–
|
+
|
42
|
“Yapı Kredi Bank Azərbaycan”
|
–
|
–
|
43
|
“Yunayted Kredit Bank”
|
–
|
–
|
44
|
“Zaminbank”
|
–
|
–
|
***
Bu arada bəlli olub ki, manatın kəskin ucuzlaşdırılmasından 1 aydan artıq vaxt keçsə də, banklarda kreditləşmə ilə bağlı vəziyyət sabitləşməyib. Fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırır. Bunlar “AGBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Expressbank”, “Bank VTB Azərbaycan”, “Qafqaz Inkişaf Bankı”, “Naxçıvanbank” və “Rabitəbank”dır.
Banklardan 6-sı kreditləşməni yalnız manatla həyata keçirir. Bunlar aşağıdakı banklardır: “Bank Standard”, “Paşa Bank”, “Kapitalbank”, Caspian Development Bank, Iran Milli Bankının Bakı filialı, Pakistan Milli Bankının Bakı filialı.
17 bank isə kreditləşməni yalnız dollarla həyata keçirir. Bunlar isə aşağıdakı banklardır: “Accessbank”, “Amrahbank”, “Atabank”, “Atrabank”, “Bank Avrasiya”, “Bank of Baku”, “Bank Respublika”, “Dəmirbank”, “Günaybank”, “Xalq Bank”, “Muğanbank”, “NBC Bank”, “Bank Nikoil”, “Parabank”, “Bank Technique”, “Turanbank”, “Unibank”.
Qeyd edək ki, bu baknlardan “Bank Respublika” Elman Rüstəmova, “Dəmirbank” “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanova, “XalqBank” neft şirkətinin prezidenti Rövnəq Abdullayevə, “Atabank” vergilər naziri Fazil Məmmədova, “Muğanbank” deputat Əhməd Vəliyevə məxsusdur. Oliqarxlara məxsus bankların kreditləşməni dollarla həyata keçirməyə üstünlük verməsi manatın taleyinin daha acınacaqlı olacağına şübhələri artırır.
14 bank isə hər iki valyutada kredit verilməsini dayandırıb:
“AFB Bank”, “Azərbaycan Kredit Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Bank of Azerbaican”, “Bank BTB”, “Bank Silk Vey”, “Dekabank”, “Eurobank”, “Gəncəbank”, “Kredobank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yunayted Kredit Bank”,“Zaminbank”.
Qeyd edək ki, bankların əksəriyyəti kreditlər hesabına maliyyələşir və kreditləşməni dayandırmaqla banklar öz fəaliyyətinə zərbə vurmuş olur. Bu mənada kreditləşməni dayandırmaqla baş verən vəziyyət banklara heç də yaxşı gələcək vəd etmir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, hazırda bankların fəaliyyətində, kredit verilməsində yaşanan real vəziyyət müsbət heç nə vəd etmir. Kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi üçün Mərkəzi Bankın fəaliyyəti də məhduddur və bazarı əvvəlki vəziyyətinə qaytarmaq iqtidarında deyil. Ona görə də bu gedişlə kommersiya banklarının belə sərt tədbirlərə davam gətirməyəcəyini gözləmək mümkündür: “Hazırkı vəziyyət təkcə kommersiya banklarına deyil, ondan kənarda bazar iştirakçılarının hamısı üçün də mənfi nəticələrə gətirib çıxaracaq. Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində, onların bəzi müəssisələrinin bağlanmasına, kütləvi ixtisarlara, nəticədə yoxsulluğun artmasına, məşğulluq səviyyəsinin azalması və işsizlər ordusunun artmasına gətirib çıxaracaq. Nəticə budur ki, devalvasiya siyasəti ölkə iqtisadiyyatının inkişafı hədəfləri olmadı, əksinə, bir çox hallarda geriləmələr baş verdi”.
***
“Azərbaycan əhalisi banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır”. Bunu da Elman Rüstəmov Milli Məclisdəki iclasda deyib. Elman Rüstəmov qeyd edib ki, bununla yanaşı AMB kommersiya banklarına tövsiyələr də edib: “Tövsiyə edirdim ki, banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar. Əgər banklar bu addımları atmasalar, onda problemli kreditlərin həcmi arta bilər. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20 faizdə kredit verirlər. Burada kifayət qədər gəlirlik var”.
AMB rəhbəri banklara faiz dərəcələrini aşağı salmağı da tövsiyə edib: “Bu, bankların özlərinə sərf edəcək və bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq”.
Millət vəkillərinin müvafiq sualına cavab verərkən Elman Rüstəmov bildirib ki, manatla götürülən krediti dollara çevirən banklarla bağlı əhali Mərkəzi Banka şikayət edə bilər.
“Mərkəzi Bank bu kommersiya bankları haqqında çox ciddi ölçü götürəcək. Bu çox ciddi qanun pozuntusudur. Əgər bank krediti manatla verib, sonradan müştərinin razılığı olmadan dollara çeviribsə, bu məlumatları bizə təqdim edin, biz bu banklar haqqında çox ciddi tədbirlər görəcəyik”.