Iqtidar böhrana görə «müttəfiqlərinə» maliyyə yardımı edə bilmir
Hakimiyyət neftin ucuzlaşmasına görə “əlavə xərcləri” azaltmaqda davam edir. Redaksiyamıza daxil olan məlumata görə, indi də iqtidarın nəzarətində olan siyasi partiyalara pul verilməsi dayandırılıb. Məlumatda bildirilir ki, həmin partiya rəhbərləri narazılıq etsələr də, nəticəsi olmayıb.
Onlara bildirilib ki, pulun kəsilməsinin səbəbi böhran və Avropa Yay Oyunlarının xərcləridir. Qeyd edək ki, bundan əvvəl hakimiyyətin nəzarətində olan media orqanlarına və Qeyri Hökumət Təşkilatlarına(QHT) maliyyə yardımları məhdudlaşdırılıb. Bəzi iddialara görə, yaxın vaxtlarda bir hakimiyyətyönlü media orqanı və QHT-nin fəaliyyəti dayandırıla bilər.