Avropa Yay Oyunları ərəfəsində şəxsi maşınlarla taksi fəaliyyətinə qadağa qoyulacaq
Avropa Yay Oyunları ilə əlaqədar şəxsi maşınlarla taksi fəaliyyətilə məşğul olmağa qadağa qoyulacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, artıq indidən şəxsi maşınlara taksi fəaliyyətilə məşğul olmaq üçün lisenziya verilməsi dayandırılıb.
Avropa Yay Oyunları ərəfəsində isə Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi Idarəsi paytaxtda reydlər keçirəcək. Şəxsi avtomobililə taksi fəaliyyətilə məşğul olanlar cəzalandıralacaq.
Məlumatda deyilir ki, Avropa Yay Oyunları ərəfəsində yalnız şirkətlərin tabeliyində olan taksilər fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakıda minlərlə vətəndaş şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərir.