Türkiyənin baş naziri Əhməd Davudoğlu bütün ölkədə elektrik enerjisinin kəsilməsi ilə bağlı açıqlama verib. AKP-nin toplantısında çıxış edən baş nazir bildirib ki, hüquq-mühafizə orqanları elektrik enerjisinin niyə kəsildiyini araşdırır. Bütün ehtimallar nəzərdən keçirilir və bunların sırasında terror ehtimalı da var.