Rusiya prezidenti Vladimir Putin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbirlərinə qatılmaq üçün Ermənistana gedəсək. Bu barədə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin məlumat verib. Onun sözlərinə görə, səfər aprelin 22-də başlayaсaq və 24-dək davam edəсək. Səfər proqramında Dumanın bir neçə deputatı da iştirak edəсək. Spiker xatırladıb ki, Dövlət Duması «erməni soyqırımı» ilə bağlı müvafiq sənəd qəbul etməyi də planlaşdırır.
Son günlərə qədər Kreml Putinin məlum tədbirdə iştirakı barədə konkret heç nə demirdi. Prezidentin mətbuat katibi Dmitri Peskov məsələnin müzakirə olunduğunu, yekun qərarın verilmədiyini bildirirdi.
Gültəkin