Ötən ilin iyul ayında Ukraynanın şərgində Malayziyaya məxsus «Boeing» təyyarəsinin vurulması ilə bağlı yeni məlumatlar açıqlanıb. Qəzanı araşdıran beynəlxalq istintaq qrupu Youtube kanalında Niderland polisinin rus diində videomüraciətini yerləşdirib.
İstintaq qrupu bir neçə versiya üzərində işləyir. Onlardan biri təyyarənin «Buk» zenit-raket kompleksi ilə vurulmasıdır. Videomüraciətdə deyilir ki, böyük ehtimalla raket separatçıların nəzarətində olan Donetsk vilayəti ərazisindən atılıb. Əsas versiya ondan ibarətdir ki, «Buk» Volvo yük maşınında əraziyə gətirilib. Bu avtomobili separatçılar Donetsk şəhərindəki müəssilərindən birindən qanunsuz yolla əldə edib.
İstintaq qrupu hesab edir ki, iyulun 17-də gecə zenit-raket komleksin daşıyan maşın Donetsk istiqamətində hərəkət edib. Çatdırılma məntəqəsi isə təyyarə vurulan ərazidən 150 km aralıda, Rusiya ilə sərhəddə yerləşən Luqansk vilayətindəki Serernıy qəsəbəsi olub.
İstintaq qrupu video və fotolarla yanaşı 2014-cü ilin iyulun 17-də və 18-də üç separatçının danışığının auidoyazısının da açıqlayıb.
Birinci yazı iyulun 17-də yerli vaxtla 9.08-də qeydə alınıb. Audioyazıda həmsöhbətinin «Buryatik» adlandırdığı kişi bildirir ki, «Buk» Donetskə çatdırılıb. «Buryatik» «Buk»la nə etmək lazım olduğunu soruşur, həmsöhbəti isə «maşın ora getməlidir» cavabını verir. Söhbətin sonunda kişi həmsöhbətini «Bibliotekar» adlandırır.
İkinci audioyazı iyulun 17-də saat 21.32-də qeydə alınıb. Söhbət zamanı naməlum şəxs «komandirə» blokpostda dayanan «Bukdakı döyüşçü» barədə məəlumat verir. «Komandir» «döyüşçünü» təyyarənin vurulduğu Snejnı qəsəbəsinə aparmağı tapşırır. Hələlik istintaqda nə blokpost, nə də qeyd olunan döyüşçü barədə məlumat yoxdur.
Daha bir audioyazıda iki separatçının söhbəti qeydə alınıb. Onlardan biri iddia edir ki, «Buk» Ukrayna ərazisini tərk edib və Rusiya ilə sərhəddi keçib. O həmçinin deyir ki, qurğunu sərhəddən «Bibliotekar» keçirib.
azadlıq.info