İsraildə məhkəmə 2012-ci ildə keçmiş baş naziri Ehud Olmert barədə çıxarılan bəraət hökmünü ləğv edib. Mayda baş nazirlə bağlı yeni hökm çıxarılacaq.
Keçmiş hökumət başçısı korrupsiyada günahkar hesab edilir. Olmert yaşayış kompleksinin tikintisi zamanı rüşvət almaqda ittiham olunub. Onun törətdiyi cinayət 1993-cü ildən 2000-ci ilin ortalarına qədər olan müddəti əhatə edir. Həmin vaxt Olmert Yerusəlimin meri, eyni zamanda ticarət və sənaye naziri vəzifələrində çalışıb.
2012-ci ildə keçmiş baş nazirə şərti cəza verilib və 19 min dollar cərimələnib.