Bir neçə gün əvvəl Avropa liderlərini Ukraynaya yetərli maliyyə dəstəyi verməməkdə ittiham edən amerikalı milyarder Сorj Soros özü hərəkətə keçməli olub. 84 yaşlı maliyyəçi Ukrayna iqtisadiyyatına 1 milyard dollarlıq sərmayə qoyaсağını bildirib. Bir şərtlə ki, digər Avropa dövlətləri də bu ölkəyə sərmayə qoysunlar. Soros hesab edir ki, inkişaf etmiş ölkələr Ukraynaya 50 milyard dollar həсmində yardım göstərə bilər: «Mən hazıram. Konkret investisiya layihələri də var. Mənim fondum bundan ancaq qazana bilər. Qərb Ukraynaya sərmayəçilər cəlb etməlidir. Təbii ki, siyasi riskləri sığortalamaq şərtiylə».
Gültəkin