Ötən həftənin ortalarında Səudiyyə Ərəbistanı və daha 9 Körfəz dövlətinin Yəməndə şiə qiyamçılarına – Husilərə qarşı başlatdığı hərbi əməliyyatlara bu gün bir neçə saatlıq ara verilib. Məqsəd, paytaxt Sənada yaşayan əсnəbi vətəndaşların evakuasiyasına şərait yaratmaqdır. Artıq Pakistan 500 vətəndaşını ölkədən çıxarıb. Çin bu şəhərdə çalışan diplomatlarını ölkəsinə geri aparmaq üçün çalışır. Hindistan hökuməti isə bəyan edib ki, vətəndaşlarını Yəməndən çıxarmaq üçün paytaxt Sənaya iki gəmi göndərib.
Gültəkin