Almaniya kansleri Angela Merkellə İran prezidenti Həsən Ruhani arasında telefon söhbəti olub. Söhbət zamanı İranın nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi müzakirə olunub. H.Ruhani bildirib ki, İran tərəfi danışıqlar zamanı kifayət qədər uyumlu mövqe nümayiş etdirib və son addımı qarşı tərəf atmalıdır.
İran prezidenti ölkəsinə qarşı sanksiyaların ləğvini vaсib sayıb və bildirib ki, onun bu fikri ilə Merkel də razılaşıb.
Qeyd edək ki, İsveçrədə İran və «altılıq» ölkələri arasında nüvə danışıqları davam edir.
Gültəkin