İki ayda və yalnız iki adda məhsul üzrə bu il üçün itkimiz 1,53 milyard ABŞ dolları olub
İlham Hüseynli
Statistika Komitəsinin 2015-ci ilin ilk iki ayı üçün açıqlamış olduğu əsas makroiqtisadi göstəricilərin ( o cümlədən,ÜDM, qeyri-neft ÜDM, sənaye məhsulu istehsalı və s.) keçən ilin müvafiq dövrünə nisbətdə dinamikasında 4-5 faiz artım var. Ancaq bu dövrdə ölkənin valyuta ehtiyatlarının artımı və bütövlükdə iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyəti olan xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyaları, onların saldosu kimi vacib gostəricilərin dinamikasındakı vəziyyət heç də ürək açan deyil.Hətta xarici ölkələrlə həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı bəzi əsas mal və əmtəə növləri üzrə də vəziyyət optimist nəticələr çıxarmağa imkan vermir. Beləliklə, ölkəmiz 2014-ci ilin yanvar-fevral aylarında xam neftin ixracından 3,27 milyard, təbii qazın satışından isə 0,11 milyard ABŞ dolları məbləğində gəlir götürdüyü halda, 2015-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1,82 mlrd. və 0,034 mlrd ABŞ dolları məbləğində olmuşdur.Yəni, faktiki olaraq, iki ayda və yalnız iki adda məhsul üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il üçün itkimiz 1,53 mlrd ABŞ dolları olmuşdur . Hətta bu ilin fevral ayı üçün ixracın ümumi həcmi yanvar ayına nisbətən 221 mln ABŞ dolları azalmışdır. Əlbəttə, ixracda müşahidə olunan bu vəziyyətə həm neftin dünya bazarındakı qiymətinin azalması,həm də istehsalın həcmindəki
təbii azalma meylləri də təsir edir. Lakin istənilən halda hokumət ölkəyə daxil olan neft gəlirlərindən effektiv istifadə etməklə, zamanında qeyri-neft sektorunu inkişaf etdirməli, iqtisadiyyatin şaxələnməsini indi yox, məhz o zaman təmin etməli, tikinti-inshaat işlərinə xərclənmiş on milyardlarla vəsaitin əhəmiyyətli hissəsini real sektora yönəltməli idi. Bu tədbirlər görülsəydi, bu gün yaranan defsitləri qarşılamaq mümkün olardı.
Misal üçün,Norveç də bizim kimi neft ölkəsidir. Onların da bizdəki kimi Neft Fondu var. ( orada Pensiya Fondu adlanır) Lakin Norveçlilər orada yığılan vəsaitin ildə yalnız 4 faizini xərcləyə bilərlər.Özü də, ümumi fondun ehtiyyatlarının 4 faizini deyil, bu vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin 4 faizini. İkinci, məni narahat edən məqam ixraca nisbətən idxalın həcminin keçən illə müqayisədə əhəmiyyətli(43%) artımıdır. Qarşısına ixrac yönümlü iqtisadiyyat qurmağı hədəf qoyan bir ölkə üçün bu nəticə qətiyyən arzuedilən deyil. Bu artımın,xüsusilə, əhalinin istehlakında daha cox istifadə etdiyi,ərzaq təhlükəsizliyimizdə əhəmiyyətli yer tutan strateji məhsulların payına düşməsi,vəziyyəti daha da mürəkkəbləşdirir. Baxmayaraq ki, hökumət rəsmiləri hər dəfə “biz əhalinin ərzaq təminatını demək olar ki, daxili imkanlar hesabına təmin edirik” açıqlamsını verirlər. lHansıki, rəsmi rəqəmlər bunun əksini deyir. Beləliklə, bu ilin ilk iki ayı ərzində ölkəyə idxal edilən ət, süd, kərə yağı, meyvə – tərəvəz və buğdanın həcmi keçən ilin eyni dövrü ilə nisbətdə, müvafiq olaraq, 245%, 109%,165%,218% və 211% təşkil etmişdir. Ümumi idxalın həcmi isə, keçən ilin eyni dövrü ilə müqayisədə 43% artmışdır. Düşünürəm ki, 2015-ci ilin acıqlanmış bu ilk hesabatı ölkə iqtisadiyyatı üçün heç də yaxşı o perspektiv ved etmir. Vəziyyəti düzəltmək üçün isə heç bir ictimai müzakirə aparmadan,xəbərdarlıq etmədən, gecəyarı, vətəndaşların yuxuda oldugu zaman, 34%-lik kəskin dvalvasiyaya gedib. 10 minlərlə sadə vətəndaşlarımızın əziyyətlə əldə etdiyi əmanətləri dəyərsizləşdirməklə, dollara nisbətdə manat kütləsinin “mexaniki artımı”na nail olub büdcə kəsirini qarşılamağa üstünlük verməkdənsə, monopoliya və inhisarçılığa, korrupsiya və rüşvətə son vermək, olkədə azad biznes mühiti yaratmaq, orta və kiçik sahibkarlığa ciddi vergi güzəştləri, faizsiz və aşağı faizli kredit imkanları yaratmaq lazımdır. Bütün bunlara nail olmağın yolu real və təxirəsalınmaz tədbirlər görməkdən keçir.