“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Monteneqro – Rusiya matçı yarımçıq dayandırılıb. Buna meydan sahibi azarkeşlərin qonaq komandanın futbolçuları üzərinə yad əşyalar atması səbəb olub.
Matçın ilk dəqiqəsində fanatlar Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsərat alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunub. Lakin bu dəfə də azarkeşlər dinc durmayıblar. 66-cı dəqiqəqə onlardan birini atdığı alışqan rus futbolçu Dmitri Kambarovun başına dəyib. Elə buna görə də Rusiya millisinin futbolçuları meydanı tərk ediblər. Beləliklə, görüş yarımçıq qalıb.