Martın 26-da Yəməndə hərbi əməliyyata başlayab koalisiya qüvvələri, Yəmən xalqına çağırış edib. Koalisiya qüvvələrinin sözçüsü general Əhməd Asır, Yəmənli vətəndaşların zərər görməsini istəmədiklərini, vətəndaşların Husi qrupları olan ərazilərdən uzaq durmasının vacib olduğunu bildirib: "Heç bir vətəndaşın zərər görməsini istəmirik. Husi qruplarının toplandıqları yerlərdən uzaq dayanmanızı istəyirik". General eyni zamanda, sərhəd bölgəsində qurudan hərəkətlə bağlı hələlik heç bir göstəriş olmadığını da bildirib. Əməliyyatın planlaşdırılan vaxtda hədəfə çatmasına çalışdıqlarını bildirən general, buna nail olacaqlarına inamını ifadə edib: "İnşallah bu əməliyyatlar hədəfinə çatacaq. Qüvvələr, planlaşdırılan təqvim çərçivəsində məqsədlərinə nail olacaqlar. Bu cür əməliyyatların uzadılmasını kimsə istəməz. Ancaq bu əməliyyatlar ehtiyac olduğu müddətdə davam edəcək", deyə general bildirib.
azadliq.info