Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in hospitalına yerləşdirilib
Bakıda polisin vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeydə alınıb. Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub. Sürücü «Mitsubishi» markalı, 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan Nərimanov RPİ-nin 17-ci polis bölməsinin əməkdaşı, polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib. (qafqazinfo)