Rusiya prezidenti Vladimir Putin ölkə müxalifəti ilə dialoqa hazır olduğunu deyib. O, Federal Təhlükəsizlik Bürosunun kollegiyasında çıxışı zamanı bildirib ki, müxalifətlə dialoq barədə əvvəlki bəyanatlarına sadiqdir: “Dəfələrlə demişəm və bir daha vurğulayıram ki, biz müxalifətlə dialoqa hazırıq. Vətəndaş cəmiyyəti ilə ən geniş mənada əməkdaşlıq münasibətlərini davam etdirəcəyik”.
Putin çıxışında qeyd edib ki, bəzi ölkələr Rusiyanın siyasi izolyasiyası üçün və iqtisadi təzyiq məqsədi ilə ən müxtəlif üsullardan, o cümlədən xüsusi xidmət orqanlarından istifadə edirlər. Putin daha sonra açıq şəkildə Qərb ölkələrini xüsusi xidmət orqanlarının köməyi ilə Rusiyada sabitliyi pozmaq istəyində ittiham edib.