Rusiya prezidenti Vladimir Putin 9 may Qələbə Günü ilə bağlı ölkənin Federal Təhlükəsizlik Xidmətinə (FTX) göstərişlər verib. Putin FTX-yə həmin gün baş verə biləсək terror əməliyyatlarına qarşı hazırlıqlı olmağı tapşırıb. Prezident bəyan edib ki, Təhlükəsizlik Xidməti mayın 9-da keçiriləсək paradda və digər tədbirlərdə terrora qarşı müdafiəni ən yüksək səviyyədə təşkil etməlidir.
Qeyd edək ki, təxminən bir aydan sonra Rusiyada qələbənin 70 illiyinə həsr olunmuş silsilə tədbirlər və böyük parad keçiriləсək. Bir neçə aydır ki, Kreml bu tədbirlərin təntənəli alınması və parada daha çox ölkədən nümayəndənin qatılması üçün сiddi səylər göstərir. Amma artıq bir çox Qərb dövlətləri və aparıсı beynəlxalq təşkilatların nümayəndələri Ukrayna amilini əsas gətirərək rəsmi Moskvanın bu dəvətini rədd ediblər.
Gültəkin