ABŞ-la rəsmi Tehran arasında İranın nüvə proqramına dair danışıqların yeni raundu başlayıb. Bu məqsədlə ABŞ dövlət katibi Сon Kerri ilə İranın Xariсi işlər naziri Сavad Zərif İsveçrədə bir araya gəlib. Nüvə razılaşması ilə bağlı «Altılıq»ın nümayəndələri martın 31-dək ortaya bütün tərəfləri qane edən, həmçinin İranı sanksiyalardan azad etməyə yönələn müddəalar qoymalıdırlar. Razılaşma imzalansa, tərəflərə texniki detalları müzakirə etmək üçün iyun ayına qədər vaxt veriləcək.
Xatırladaq ki, təşəbbüs ortaya atılandan (2013-cü il) bəri tərəflər iki dəfə danışıqların yekun mərhələsini təxirə salıblar.
Gültəkin