Ölkə başçısı siyasi məhbusları yenə həbsdə saxladı
Ölkə başçısı Ilham Əliyev növbəti əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil edilib. Bu sərəncamla siyasi məhbusların bir qisminin azad ediləcəyi gözlənilsə də, yalnız iki nəfəri əfvə düşüb: Bəşir Süleymanlı və Orxan Əyyubzadə.
Halbuki bəzi hüquq müdafiəçiləri əfv siyahısına “NIDA”çıların, Müsavat başqanının müavini Tofiq Yaqublunun, REAL Hərəkatının sədri Ilqar Məmmədovun, sabiq səhiyyə naziri Əli Insanovun və prezidentin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin adının daxil edildiyi bildirmişdi. Bu şəxslərin heç birinin azadlığa buraxılmaması Ilham Əliyevin siyasi məhbuslara münasibətinin göstəricisi sayıla bilər. Bu əfv sərəncamı göstərir ki, ölkə başçısı siyasi məhbusları azadlıqda buraxmaqda maraqlı deyil.
Yeri gəlmişkən, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevin də əfv ediləcəyi bildirilirdi. Lakin siyahıda onun da adı yoxdur. Bəzi məlumatlara görə, onun əfvə düşməsinə Aslan Aslanov mane olub.