İddiaçı Mehriban Zeynalova yenə məhkəməyə gəlmədi
Səbayel Rayon Məhkəməsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri, eyni zamanda, Daxili İşlər Hazirliyinin İnsan alveri qurbanlarına Kömək Fondunun sədri olan Mehriban Zeynalovanın xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Mehriban Zeynalova xüsusi ittiham qaydasında iddianı Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyli və "Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğluya qarşı qaldırıb və onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə cəzalandırılmasını istəyirdi.
Cavabdehlərin hər ikisi, eləcə də onların vəkili Elçin Sadıqov məhkəmədə iştirak etsələr də, Mehriban Zeynalova prosesə qatılmayıb. Məhkəmə prosesinə sədrlik edən hakim Aytən Əliyeva bildirib ki, fevralın 25-nə təyin olunmuş ilk iclasa da Mehriban Zeynalova gəlməmişdi. Hakim xüsusi ittihamçının məhkəmə iclaslarının heç birində iştirak etmədiyini əsas gətirərək, onun iddiasının icraata qəbul olunmasından imtina barədə qərar qəbul edib.
Xatırladaq ki, bu yaxınlarda Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi prosesilə bağlı məlumat yayılmışdı. Həmin məsələ ilə əlaqədar "AzNews.az" saytında "Mehriban Zeynalovanın adı insan alverində hallanır" başlıqlı yazı dərc olunub. Yazıda Fe Diaz Lliantonun öz iradəsinə zidd şəkildə, aldadılaraq zorla ölkədən çıxarılmasından, Mehriban Zeynalovanın bu prosesdə iştirakından bəhs olunur. Halbuki, adıçəkilən əcnəbi xanım bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunan Aynur Mehdiyevanın törətdiyi insan alveri və əməyin istismarı cinayətlərinin qurbanı olub. İnsan alverinin qurbanın zorla ölkədən çıxarılması isə qanunvericiliyə, eyni zamanda, Azərbaycanın bu problemə qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Yeri gəlmişkən, həmin Aynur Mehdiyevanın qardaşlarından biri Daxili İşlər Hazirliyinin zabiti, digəri isə Xətai rayon prokurorluğunun müstəntiqidir.
"AzHews.az" saytında dərc olunmuş sözügedən yazının linkini Gültəkin Hacıbəyli özünün "facebook" səhifəsində obrazlı şəkildə "Adını Təmiz Dünya qoyub çirkli işlərlə məşğul olmaq necə də asanmış" qeydi ilə paylaşıb.
Buna görə Mehriban Zeynalova həm Gültəkin Hacıbəyliyə, həm də saytın baş redaktoruna qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermişdi.
Aytən