Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ dövlət katibi Con Kerri, dünən paytaxt Riyadda təşkil etdiyi mətbuat konfransında Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün hərbi müdaxilənin mümkünlüyünü dilə gətirib: "Bəşər Əsədin hakimiyyəti yoxdur, onu çoxdan itirib. Lakin hələlik qarşımızdakı əsas hədəf İŞİD-i məhv etməkdən ibarətdir. Əsədə gəldikdə, sonunda siyasi keçidin təmin edilməsi üçün diplomatiya və təzyiqdən istifadə edəcəyik. Bu, hərbi təzyiq formasında da ola bilər”,- deyə Kerri bildirib.
azadliq.info