İlham Şaban: «Nabucco West» yenidən realllaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çətindir»
Dövlət başçısı Ilham Əliyevin Sofiyaya səfəri NABUCCO layihəsinin yenidən gündəmə gətirilməsi ilə yadda qaldı. Qeyd edək ki, I.Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov “Nabucco West” layihəsinin bərpa edilməsi təklifi ilə çıxış edərək onunla Azərbaycan qazının Avropaya ötürülməsini bəyan edib.
Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunanÿ məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan I.Əliyev “Cənub” qaz dəhlizinin, TANAP, TAP və NABUCCO layihələrinin önəmindən danışıb. Maraqlıdır ki, NABUCCO layihəsini öncə həvəslə qarşılamayan rəsmi Bakı bu proyektin gerçəkləşməsini ümumiyyətlə bir müddətə qədər Avropanın üzərinə qoymaq istəyirdi. Amma I.Əliyevin fevralda Münhendə konfrans zamanı bəyan etdiyi bir sıra mesajlar Azərbaycan hakimiyyətinin NABUCCO-nu reallaşdırmaq niyyətində olduğunu ortaya qoydu. I.Əliyev şəxsən bu istiqamətdə AB-dan dəstək gözlədiklərini bəyan etdi.
Hazırda hakimiyyətin bu istiqamətdə yürütdüyü siyasət nəyə görə dəyişikliyə uğrayıb? Baş verənlər NABUCCO-nun gerçəkləşə biləcəyi anlamına gəlirmi?
Neft araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban hesab edir ki, “Nabucco West” layihəsinin əvvəlki variantda, yəni 2013-cü ilin ortasınadək Transadriatik boru kəməri (TAP) ilə rəqabət apardığı dövrdəki müddətdə olduğu kimi yenidən realllaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çətindir. Ilham Şabanın fikrincə, Sofiyanın istəyi Azərbaycanÿqazının tranzitindən də əlavə dividentdlər əldə etməkdir: “Burada onların marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyədən Avropaya ”Türk Axını" layihəsinə də belə bir təkliflə müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir, onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın".
“Azərbaycanın isə TAP qarşısında öhdəliyinin olduğunu deyən I.Şaban bildirdi ki, ölkəmiz ”Şahdəniz" konsorsiumu öz seçimini edəndə və TAP-la müqavilə bağlayanda öhdəlik götürüb ki, əvvəlcə 10, sonra isə 20 mlrd qaz həcmi verməyə borcludur. “Həmin əlavə həcmlər isə ”Şahdəniz-2" yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək", deyə Ilham Şaban izah edir.
Xəyal