Rusiyada Vladimir Jirinovskinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının azərbaycanlı üzvünün lüks avtomobili oğurlanıb.
Virtualaz.org saytı xəbər verir ki, Peterburq polisi 46 yaşlı azərbaycanlının oğurlanmış “Lexus LX-570” avtomobilini axtarır.
Avtomobilin sahibi polisə oğurluq barədə dünən məlumat verib. Məlumata görə 3,7 milyon rubl qiyməti olan maşının sahibi onu Zamşin küçəsində park edibmiş. Ancaq cəmi 10 dəqiqədən sonra geri qayıdanda maşınının oğurlandığını görüb.
Avtomobil siqnalizasiya ilə təchiz olunsa da oğrular onu ya sıradan çıxarıblar, ya söndürüblər.
Polis GPS siqnalları vasitəsilə maşının izinə düşsə də daha sonra izi itirib. Bildirilir ki, maşını qaçıranların zahiri əlaməti məlumdur.
Zərərçəkən isə rəsmi olaraq işsizdir, Nevsk prospektində yaşayır. O, 2014-cü il seçkilərində yerli seçki komissiyalarından birinin üzvü olub və Jirinovskinin partiyasının maraqlarını təmsil edib.