8 mart beynəlxalq qadınlar günü ərəfəsində Rusiyanın Kalininqrad vilayətinin gömrük xidmətinin əməkdaşları Polşadan Azərbaycana gətirilən 15 min 500 ədəd zanbağı saxlayıb.
“Mamonovo” sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşı “Ford” markalı avtomobillə zanbaq keçirmək istərkən saxlanılıb.
Gömrük əməkdaşları avtomobilin yük yerindən təzə dərilmiş və ağırlığı 700 kiloqrama yaxın olan gül aşkar ediblər.
Gömrüçülər MDB Gömrük İttifaqının fitosanitar nəzarət aktına istinad edərək yükü sərhəddən buraxmayıblar. Yük Polşaya geri qaytarılıb. Azərbaycan vətəndaşının barəsində isə Rusiya cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş qaldırılıb. (Virtualaz.org)