Bakının Hövsan qəsəbə sakini Babayev Vaqif, “Azadlıq” qəzetinin redaksiyasına zəng edərək, dünən səhərdən qəsəbəyə qaz təminatının kəsildiyini bildirib. Onun sözlərinə görə, vəzifəli şəxslərdən birinin adamları qəsəbə ərazisində süd kombinatı inşa etdirir. Sakin bildirir ki, dünən səhər saatlarında tikinti aparılan yerdə işləyən ağır texnika, ərazidən keçən qaz xəttini sıradan çıxarıb ki, bu da sutka ərzində onların qazsız qalmasına səbəb olub: “Son bir sutka ərzində ən müxtəlif strukturlara etdiyimiz müraciətlərə baxmayaraq, heç bir tədbir görüləmyib. Sanki Hövsanın qazsız qalması heç kimi maraqlandırmır”.