Ukrayna prezidenti Pyotr Poroşenko bu gün bütün ölkə ərazisində matəm elan edib. Buna səbəb martın 4-də Donetskdəki kömür mədənində baş verən partlayışdır. «Zasyadko» mədənində baş verən partlayışda 33 işçi dünyasını dəyişib. Bəzi mənbələrə görə isə ölənlərin sayı 77-dir. Donetsk Şəhər Administrasiyası ölənlərin sayını açıqlamasa da, 157 mədən işçisinin xilas edildiyi barədə məlumat yayıb.
Poroşenko bildirib ki, matəm günü yerli vaxtla saat 12.00-da ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bütün ölkə ərazisində dövlət bayrağı endiriləcək. Əyləncəli və musiqili tədbirlər, idman yarışları başqa günlərə keçiriləcək, teleproqramlarda dəyişiklik ediləcək.
Gültəkin