Asılı qalan fəhlələrin adları açıqlandı
Bakıda fəhlələr köməksiz vəziyyətdə qalıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Dərnəgüldə köhnə istixananın sökülməsi zamanı baş verib.
Fəhlələr köhnə istixananın qüllələrini sökmək istəyərkən ayaqları altında qoyulan dəmir dirəklər laxlayıb. Sonradan isə dirəklər aşıblar. Bu zaman fəhlələrdən 3-ü qüllədən asılmış halda qaıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri çağırılıb.
Sökülən istixana qülləsindən asılı vəziyyətdə qalan fəhlələrin adları bəlli olub. Bunlar 1989-cu il təvəllüdlü Telman Əliyusif oğlu Axundov, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğludur.
Hələlik onları qüllədən aşağı saldırmaq mümkün olmayıb.