Türkiyədə rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov səfəri yarımçıq kəsərək təcili şəkildə ölkəsinə qayıtmağa məcbur olub. Buna səbəb prezidentin anasının vəziyyətinin pisləşməsi olub.
Ankarada olan Türkmənistan prezidenti İstanbula getməli imiş. Lakin görüşlərini təxirə salan Q.Berdıməhəmmədov anasının vəziyyətinin ağırlaşmasına görə ölkəsinə qayıdıb. O, Ankarada ikən həmkarı Ərdoğanla bir görüş keçirib, lakin prezidentlərin növbəti görüşü bu üzdən baş tutmayıb. (Virtualaz.org )