Layihə "Qurani-Kərim"in gənclər arasında düzgün təbliğinə xidmət edir
Azərbaycan Yaradıcılıq Fondu Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edir.
Layihə – Qurani-Kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.
Elan edilən müsabiqə İslam dini haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.
Müsabiqənin şərtləri:
1) Müsabiqəyə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərim motivləri əsasında olmalıdır;
2) Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır;
3) Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir; ayfondu@gmail.com
4) Hekayələrin qəbulu üçün son gün 2015-ci il aprelin 15-dir;
5) Müsabiqədə yaş məhdudiyyəti yoxdur.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq:
Birinci yer – 700 azn
İkinci yer – 500 azn
Üçüncü yer – 300 azn
Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcək.
Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq. (ans)