Ukraynanın Donetsk şəhərinin Kiyev rayonundakı Zasyadko adına şaxtada bu gün səhər partlayış baş verib və nəticədə 30-dan çox insan həlak olub. Donetsk yaraqlıların əlindədir. “ilkin məlumata görə, 30-dan çox ölən var”. Fövqəladə hallar üzrə rəsmi Yuliana Bedilo deyib ki, partlayışa artilleriya zərbəsi səbəb olmayıb. Donetskin Kiyev rayonunun rəhbəri İvan Prixodkonun sözlərinə görə, partlayış dəqiqəsində yerin altında 47 fəhləsi olub. Yerin səthinə həlak olmuş 1 işçi və 5 yaralı çıxarılıb, 3 nəfər isə ağır vəziyyətdədir. Qalan fəhlələrlə hələlik əlaqə yoxdur və onlar yerin 200 metr dərinliyində qalıblar.