2015-ci ildə Nobel sülh mükafatı almaq iddiasında olanların siyahısında 276 namizədin adı var. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onların 49-u ictimai və beynəlxalq təşkilatlardır. Qaydalara görə Nobel Fondu sülh mükafatına iddialı olanların adlarını Norveç Nobel Komitəsinə açıqlamır, bu, yaxın 50 il ərzində gizli saxlanılır.