Qazaxıstan Belçika, Niderland, Lüksemburq arasında vizasız rejimə keçir. Hələlik rəsmi şəxslərə aid olacaq razılaşmanın, sonradan genişləndirilməsi nəzərdə tutulur. Razılaşma, Qazaxıstan xarici işlər naziri Yerlan İdrisovun Brüsselə rəsmi səfəri zamanı əldə olunub. İmzalanma mərasimində danışan Qazaxıstan xarici işlər naziri İdrisov, Avropanın Qazaxıstan üçün əhəmiyyətli siyasi, ticari və iqtisadi ortaq olduğunu qeyd edib. Qanunun aliliyinə böyük əhəmiyyət verdiklərini ifadə edən İdrisov, bu razılaşmanın hüquq sahəsində əməkdaşlığın və təsirli bir mexanizmin qurulması üçün yaxşı bir fürsət olduğunu qeyd edib.
azadliq.info