İordaniya kralı Abdullah yenidən İŞİD-i hədələyib. "CNN EXCLUSİV"ə müsahibə verən kral,İŞİD tərəfindən yandırılaraq öldürülən pilot Muaz Kasesbenin ailəsi ilə dəfələrlə görüşdüyünü bildirib: "Bir neçə dəfə Muazın atası, anası, qardaşları və həyat yoldaşı ilə görüşərək duyğularımı paylaşdım. O, beş ay idi ailə qurmuşdu. Muaz, ruhun şad olsun, bizim silah yoldaşımız. Bütün İordaniya əsgərləri Muaza edilən barbarlıq qarşısında sinirlendi. İŞİD, İordaniyanın gözünü qorxutmaq istədi, amma bu əks effekt verdi. Əgər tariximizə baxsanız, silahsız və sayca az bir ölkə olduğumuzu görərsiniz.Lakin İŞİD bizimlə döyüşmək istəyirsə, artıq biz, əlcəkləri çıxarılmış".
azadliq.info