ABŞ Dövlət katibi Con Kerri martın 2-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş BMT İnsan Haqlarə Şurasının Cenevrədə keçirilən toplantısı çərçivəsində keçirilib. Liderlər əl-ələ verib, amma hələlik ictimaiyyətə elə bir açıqlama verməyiblər. Danışıqların əsas mövzusunun Ukraynanın şərqindəki vəziyyət və fevralın 2-də Moskvada müxalifətdə olan siyasətçi Boris Nemtsovun öldürülməsi olacağı gözlənilir. Kerri bundan əvvəl Nemtosovun qətli ilə bağlı şəffav və hərtərəfli araşdırma aparmağa çağırıb.