Bakı Şampan Şərabları zavodunun işçiləri bu gün səhər saatlarında müəssisənin idarə binası qarşısında aksiya keçiriblər. Aksiyada 50 nəfərə yaxın zavod işçisi iştirak edib. Onlar əməkhaqlarının verilməsini tələb ediblər.
Bildirilib ki, zavodun işçiləri iki aydır ki, məvacib ala bilmirlər. Rəhbərlik onlara vəd versə də, vədini yerinə yetirmir. (musavat.com)