Boris Nemtsovun qətlinin mümkün səbəbi onun Donbasda Rusiya qoşunlarının olması ilə bağlı hazırladığı hesabatdır. Bu fikri Avropa Parlamentinin deputatı Elmar Brok bildirib.
Avropalı deputat hesab edir ki, siyasətçinin ölümünə görə məsuliyyət Rusiya prezidenti Vladimir Putinin qurduğu sistemin üzərindədir.
Nemtsovla şəxsən tanış olan deputat onun müxalifət hərəkatının mayakı olduğunu deyir. Brokun sözlərinə görə, Nemtsov getdiyi hər yerdə qəbul olunurdu.
azadlıq.info