Rusiya müxalifətinin lideri Boris Nemtsovun necə qətlə yetirildiyini göstərən videoyazı yayılıb. Hadisə baş verən ərazidəki müşahidə kamerasının qeydə aldığı yazını "TVCenter" ictimailəşdirib.
Kamera xeyli uzaq məsafədə yerləşdiyi üçün görüntülər elə də aydın deyil. Bununla belə hərəkətdə olan siluetlər sezilir. Qətlin baş verdiyi dəqiqələr üzrə kameranın qeydə aldığı görüntülər həm də jurnalistin təqdimatında izah olunur.