Moskva polisi Boris Nemtsovun qatillərinin maşınını tapıb. Bu barədə REN TV məlumat yayıb.
Avtomobil Smolnesk metro stansiyasının yanında evlərin birinin qarşısından tapılıb.
Hazırda əməliyyatçılar və ekspertlər maşına baxış keçirir.
Həmçinin avtomobilin qətl törədilən ərazidən uzaqlaşmasını əks etdirən video da yayılıb.