Fevralın 28-də Lənkəranda bahalaşmaya etiraz olaraq aksiya keçirilib. Lənkərandakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İcra Hakimiyyətinin yaxınlığında keçirilən aksiyada 300-400 nəfər iştirak edib. Aksiya təxminən 30 dəqiqə davam edib. Bundan sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri aksiyanı dağıdıb. Bir neçə nəfərin saxlanıldığı deyilir.
Lənkəran Rayon İcra Hakimiyyəti yayılan xəbərlərə münasibət bildirib. İcra hakimiyyətindən deyilib ki, Lənkəranda heç bir ticarət şəbəkəsində süni qiymət artımı olmayıb və gün ərzində nə Lənkəran Şəhər İcra Hakimiyyətinin yaxınlığında, nə də şəhər və rayon ərazisində heç bir aksiya baş verməyib.